...

FHN: Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi rayonlarda evləri su basıb

Hadisə Materials 2 Noyabr 2012 17:26 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb.
FHN: Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi rayonlarda evləri su basıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi rayonlarda həyətləri su basıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb.

Nəticədə Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub.

Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində təxminən 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti