...

Zooparkda faciə

Hadisə Materials 5 Noyabr 2012 15:36 (UTC +04:00)
ABŞ-ın Pitsburq şəhərindəki zooparkda 2 yaşlı oğlan Afrika vəhşi itlərinin saxlandığı meydançaya yıxılaraq ölüb.
Zooparkda faciə

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın Pitsburq şəhərindəki zooparkda 2 yaşlı oğlan Afrika vəhşi itlərinin saxlandığı meydançaya yıxılaraq ölüb. Bu barədə Trend "Associated Press" agentliyinə istinadən məlumat verir.

Faciə "Pittsburgh Zoo & PPG Aquarium"da ananın uşağı heyvanları daha yaxşı görməsi üçün volyerin hasarının kənarına oturdanda baş verib. Bu zaman uşaq müvazinətini saxlaya bilməyərək aşağı düşüb. Yıxılan oğlana itlər sürü ilə hücum ediblər. Ancaq heyvanxananın nümayəndələri bildiriblər ki, uşağın 4 metr hündürlükdən yıxılması və ya heyvanların ona hücümundan həlak olduğu hələ ki məlum deyil.

Zooparkının işçiləri ilə birlikdə volyerin ərazisinə girən polislər yırtıcı itlərdən birini öldürməli olublar. Çünki onu uşağın bədənindən ayırmaq qeyri-mümkün olub. Hadisədən dərhal zoopark ziyarətçilər üçün bağlanıb. Bu, Pitsburqun yüzillik tarixi ərzində ziyarətçinin həlak olduğu ilk hadisədir.

Ümumiyyətlə, bu, heyvanxanada baş verən yeganə qanlı hadisə deyil. Belə ki, 2007-ci ildə San-Fransiskonun zooparkında pələng divardan tullanaraq bir ziyarətçini öldürüb, daha ikisini isə yaralayıb. 2012-ci ilin sentyabrında Nyu-Yorkda heyvanxananın ziyarətçisi ekskursiya qatarından tullanıb. Nəticədə o, bunun əvəzini pələnglərin ona xəsarət yetirməsi ilə ödəməli olub. Belə hallar ölkənin başqa heyvanxanalarının rəhbərliyini ziyarətçiləri heyvanların hücumundan qorumaq üçün əlavə tədbirlər görməyə vadar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti