...

Pakistanda Quranı təhqir edən şəxs diri-diri yandırıldı

Hadisə Materials 22 Dekabr 2012 13:53 (UTC +04:00)
Pakistanın Sind əyalətində qəzəblənmiş kütlə polis məntəqəsinə hücum edərək Quranı təhqir etdiyinə görə saxlanılan kişini diri-diri yandırıb.
Pakistanda Quranı təhqir edən şəxs diri-diri yandırıldı

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Pakistanın Sind əyalətində qəzəblənmiş kütlə polis məntəqəsinə hücum edərək Quranı təhqir etdiyinə görə saxlanılan kişini diri-diri yandırıb. Trend-in şənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə yerli polisin nümayəndəsi Usman Qani bildirib.

Polisin məlumatına görə, kişi səyahətçi olub və Sita kəndindəki məscidin gecələmə yerində qalıb. Səhəri günü kənd sakinləri məsciddə müqəddəs Quran kitabının yandırılmış qalıqlarını aşkar ediblər. Buna cavab olaraq kənd sakinləri səyahətçini döyərək polis məntəqəsinə aparıblar.

Sonra təqribən 200 nəfər polis məntəqəsinə gəlib və kişini oradan çıxardaraq diri-diri yandırıb.

Qani qeyd edib ki, qətldə iştirakda şübhəli bilinən 30 nəfər saxlanılıb, 7 polis işçisi isə səhlənkarlığa görə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti