...

"Atropatena" QSC-yə silahlı basqın edən şəxslər tutuldular

Hadisə Materials 20 Avqust 2013 16:38 (UTC +04:00)
2012-ci ilin avqustunda "Atropatena" QSC-nin inzibati binasına silahlı basqın edərək oradan külli məbləğdə pulu aparmış şəxslər tutulublar.
"Atropatena" QSC-yə silahlı basqın edən şəxslər tutuldular

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İzzət/

2012-ci ilin avqustunda "Atropatena" QSC-nin inzibati binasına silahlı basqın edərək oradan külli məbləğdə pul aparmış şəxslər tutulublar.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tahir Bağırov və Bərdə rayon sakini Elzamin Çərkəzov tutulublar.

Onlar 2012-ci il avqustun 31-də "Atropatena" QSC-nin inzibati binasına daxil olub oranın işçilərini tüfənglə hədələyərək 115.692 manat pulun aparılmasında ittiham edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti