...

Ötən gün Bakıda 2 meyit tapılıb

Hadisə Materials 12 Dekabr 2013 14:48 (UTC +04:00)
Dekabrın 11-də Bakıda 2 nəfərin meyiti tapılıb.
Ötən gün Bakıda 2 meyit tapılıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 11-də Bakıda 2 nəfərin meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 11-də paytaxtın Keşlə qəsəbəsi N.Abdullayev küçəsində Şərur rayon sakini Yusif Məmmədovun üzərində zorakılıq əlaməti görünməyən meyiti idarə etdiyi "KamAZ" markalı avtomobildə tapılıb.

Elə həmin gün paytaxtın Yasamal rayonu Ə.Ələkbərov küçəsində alın nahiyəsində sıyrıq xəsarəti olan 50-55 yaşlı kişi meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti