...

Samuxda avtomobil piyadanı vurub

Hadisə Materials 23 Fevral 2014 13:39 (UTC +04:00)
Ötən gün axşam saat 21:00 radələrində Samux rayonunun Əhmədbəyli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Samuxda avtomobil piyadanı vurub

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Ötən gün axşam saat 21:00 radələrində Samux rayonunun Əhmədbəyli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini Firuz Sadiqov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanan piyada 38 yaşlı Namiq Hüseynovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ilkin müayinədən sonra yaralının vəziyyətini ağır kimi qiymətləndiriblər.

Qeyd edək ki, hadisə nəticəsində avtomobil yolun hərəkət hissəsindən çıxaraq bir neçə metr kənara düşüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Həkim Mehman Hüseynov: "Bizə avtoqəza nəticəsində bir nəfər Samux rayon sakini 1976-cı il təvəllüdlü Namiq Hüseynov gətirilib. Xəstəyə ilkin yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həmin şöbədə reanimasion tədbirlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti