...

Türkiyədə son 5 il ərzində 14 mindən çox uşaq itkin düşüb

Hadisə Materials 21 Aprel 2014 15:42 (UTC +04:00)
Türkiyədə son 5 il ərzində 14 412 uşaq itkin düşüb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib.
Türkiyədə son 5 il ərzində 14 mindən çox uşaq itkin düşüb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə son 5 il ərzində 14 412 uşaq itkin düşüb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib.

Nazir onu da qeyd edib ki, itkin düşən uşaqların 97 faizi sonra tapılsa da, ölkə ərazisində hələ də 843 uşaq itkin düşmüş hesab olunur.

Ə.Əlanın sözlərinə görə, orta hesabla itkin düşən hər yeddi uşaqdan 6-sı tapılır.

Qeyd edək ki, son bir ayda Türkiyənin müxtəlif şəhərlərində 3 azyaşlı itkin düşüb. Onlardan ikisinin meyiti tapılsa da, biri haqqında hələ də məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti