...

İstanbul sakinləri gözyaşardıcı qazdan zərər çəkiblər

Hadisə Materials 1 May 2014 14:16 (UTC +04:00)
1 may yürüşünün keçirildiyi İstanbulun bəzi rayonlarında dinc sakinlər gözyaşardıcı qazdan zərər çəkiblər.
İstanbul sakinləri gözyaşardıcı qazdan zərər çəkiblər

Azərbaycan, Bakı, 1 may/Trend, müxbir R. Hafizoğlu/

1 may yürüşünün keçirildiyi İstanbulun bəzi rayonlarında dinc sakinlər gözyaşardıcı qazdan zərər çəkiblər.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, gözyaşardıcı qazdan zərər görənlər arasında üç uşaq da var.

Qeyd edək ki, bu gün Türkiyədə 1 may yürüşü keçirilir. Mayın 1-də səhər saatlarında İstanbul polisi Taksim meydanına gedən bütün yolları bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti