...

Türkiyədə 1 May yürüşlərinin 140-dan artıq iştirakçısı həbs edilib

Hadisə Materials 2 May 2014 10:12 (UTC +04:00)
İstanbulda və Ankarada 1 May yürüşlərinin polislərə qarşı təxribatda ittiham olunan 142 iştirakçısı həbs edilib.
Türkiyədə 1 May yürüşlərinin 140-dan artıq iştirakçısı həbs edilib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbulda və Ankarada 1 May yürüşlərinin polislərə qarşı təxribatda ittiham olunan 142 iştirakçısı həbs edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər yayıb.

1 May yürüşləri zamanı polislərlə yürüş iştirakçıları arasında baş vermiş toqquşmalar nəticəsində 90 nəfər, o cümlədən 13 polis əməkdaşı xəsarət alıb.

Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününün qeyd edilməsi 32 il ərzində qadağan olunub. 2010-cu ilin aprelində isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 1 May yürüşünün keçirilməsinə qoyulan qadağanı ləğv edib.

Dünən Türkiyənin bir sıra şəhərlərində 1 May yürüşləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti