...

İstanbulda saxlanan 1 May yürüşü iştirakçıları azad olunublar

Hadisə Materials 5 May 2014 10:35 (UTC +04:00)
İstanbulda 1 May yürüşləri zamanı polis tərəfindən saxlanılanlardan 173 nəfər azad olunub.
İstanbulda saxlanan 1 May yürüşü iştirakçıları azad olunublar

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbulda 1 May yürüşləri zamanı polis tərəfindən saxlanılanlardan 173 nəfər azad olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər yayıb.

Ümumilikdə Türkiyədə 1 May yürüşləri zamanı 211 nəfər saxlanılıb.

Ölkədə polislərlə yürüş iştirakçıları arasında baş verən toqquşmalarda 90 nəfər, o cümlədən 13 polis əməkdaşı xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti