Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/
Bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini tutulub. O, keçmiş məhkum imiş.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Plaza" barına partlayıcı maddə qoyulması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.