...

Nigeriyada 5 nəfər "Ebola" virusundan sağalıb

Hadisə Materials 18 Avqust 2014 16:53 (UTC +04:00)
Nigeriyada "Ebola" virusuna yoluxmuş 5 nəfər demək olar ki sağalıb.
Nigeriyada 5 nəfər "Ebola" virusundan sağalıb

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Nigeriyada "Ebola" virusuna yoluxmuş 5 nəfər demək olar ki sağalıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Nigeriya Səhiyyə Nazirliyi xəbər yayıb.

Hazırda "Ebola" virisuna yoluxduğu güman edilən 200 nigeriyalı həkimlərin nəzarətindədir. Onlardan çoxu Laqosdadır.

Qeyd edək ki, bu ölkədə artıq 4 nəfər bu virusdan dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti