...

Şəmkirdə məktəbdən kompüterlər oğurlamış qardaşlar tutulub

Hadisə Materials 30 Avqust 2014 12:36 (UTC +04:00)
Şəmkir rayonunda orta məktəbin kompüterlərini oğurlamış şəxslər tutulublar.
Şəmkirdə məktəbdən kompüterlər oğurlamış qardaşlar tutulub

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayonunda orta məktəbin kompüterlərini oğurlamış şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Zəyəm Cırdaxan kənd Orta Məktəbinin kompyuter otağından 4 kompüter dəsti oğurlamış həmin kənd sakini Eldar Babayev və qardaşı Zamin tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti