...

Bakıda avtomobilin üzərinə eyvandan şkaf düşüb

Hadisə Materials 30 Sentyabr 2014 13:48 (UTC +04:00)
Sentyabrın 29-da Bakıda küləyin güclənməsi nəticəsində avtomobillərə üzərlərinə düşən müxtəlif predmətlərdən ziyan dəyib.
Bakıda avtomobilin üzərinə eyvandan şkaf düşüb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 29-da Bakıda küləyin güclənməsi nəticəsində avtomobillərə üzərlərinə düşən müxtəlif predmətlərdən ziyan dəyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nəsimi rayonu H.Əliyev küçəsində Abşeron rayon sakini Mübariz Əhmədova məxsus "Mercedes" markalı avtomobilinin üzərinə binanın üstündən dəmir parçası, Xətai rayonu Naximov küçəsində Bakı şəhər sakini Zakir Məmmədova məxsus "Nissan" markalı avtomobilin üzərinə eyvandan şkaf düşüb.

Bundan əlavə, M.Hadi küçəsində Məmmədtağı Məmmədova məxsus "Opel" markalı, eləcə də Nərimanov rayonu Ə.Vahid küçəsində Sumqayıt şəhər sakini Ramin Hacıbalayevə məxsus "Chevrolet" markalı avtomobillərin üzərinə ağac düşüb.

Hadisələrin heç birində xəsarət alan olmayıb, avtomobillərə qismən ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti