...

Qısqanc ər bazarda arvadını bıçaqlayaraq öldürüb

Hadisə Materials 13 Oktyabr 2014 10:27 (UTC +04:00)
Tacikistanın şimalında kişi bazara gələnlərin gözü qarşısında arvadını bıçaqlayaraq qətlə yetirib.
Qısqanc ər bazarda arvadını bıçaqlayaraq öldürüb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Tacikistanın şimalında kişi bazara gələnlərin gözü qarşısında arvadını bıçaqlayaraq qətlə yetirib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" bazar ertəsi Tacikistan DİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, qısqanclıq zəminində baş verən insident paytaxt Düşənbədən 310 kilometr şimal-şərqdə yerləşən Babacan Qafurov rayonunda qeydə alınıb: "Əvvəllər məhkum olunmuş 27 yaşlı Siracəddin Bəhramov "Farovan" bazarında qısqanclıqla öz arvadını döyməyə başlayıb. Sonra o, qadına dörd bıçaq zərbəsi endirib".

Bazarda olan adamlar Bəhramova mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər: "Kişi yalnız bıçaqla zərbə endirməyi dayandırdıqdan sonra saxlanılıb. Qadın təcili tibbi yardım gələnədək vəfat edib".

S.Bəhramov həbs edilib. Ona qarşı xüsusi amansızlıqla qətl törətmək ittihamı irəli sürülüb.

2014-cü ilin yanvar-avqust aylarında Tacikistanda 76 qətl hadisəsi qeydə alınıb ki, bu da ötən ilin analoji dövründəkindən 5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti