...

Azərbaycanın ərazi sularında SOS siqnalı verildi

Hadisə Materials 4 Noyabr 2014 17:43 (UTC +04:00)
Azərbaycanın ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus “Amur 2504” gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşdığından "Həyəcan" (SOS) siqnalı verib.
Azərbaycanın ərazi sularında SOS siqnalı verildi

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus "Amur 2504" gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşdığından "Həyəcan" (SOS) siqnalı verib.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Administrasiyanın Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilmiş SOS siqnalı əsasında həmin dəniz ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və adıçəkilən gəminin yanacaqla təmin olunması məqsədilə operativ tədbirlər həyata keçirilərək qeyd olunan gəminin təhlükəsiz hərəkəti bərpa edilib.

"Amur 2504" gəmisi bu gün yerli vaxtla saat 11:30-da Ənzəli limanı istiqamətində səfərinə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti