...

Daha bir azyaşlı xilas olunub

Hadisə Materials 8 Noyabr 2014 16:26 (UTC +04:00)
Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.
Daha bir azyaşlı xilas olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Daha bir azyaşlı xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti