...

Qubada “ZİL”lə "NİVA" toqquşub, ölən var

Hadisə Materials 16 Noyabr 2014 21:14 (UTC +04:00)
Qubada yol qəzası baş verib.Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Quba şəhərində “ZİL” markalı yük avtomobili ilə "NİVA" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Qubada “ZİL”lə "NİVA" toqquşub, ölən var

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Qubada yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Quba şəhərində "ZİL" markalı yük avtomobili ilə "NİVA" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyəti məlum olmayan 1 nəfər "NİVA" markalı minik avtomobilində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti