...

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib

Hadisə Materials 24 Noyabr 2014 09:49 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 28 yaşlı Firuz Zamanov şəxsi münasibətlər zəminində 39 yaşlı Laçın Məmmədov tərəfindən bıçaqlanıb.
Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Bu gecə Şəmkirdə qətl hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 28 yaşlı Firuz Zamanov şəxsi münasibətlər zəminində 39 yaşlı Laçın Məmmədov tərəfindən bıçaqlanıb. 2 bıçaq zərbəsi alan F.Zamanov hadisə yerində dünyasını dəyişib.

Cinayəti törədən L.Məmmədov dərhal hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Qeyd edək ki, L.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti