...

Azərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 24 Noyabr 2014 15:13 (UTC +04:00)
Azərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var.
Azərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var.

Trend Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumata istinadən xəbər verir ki, noyabrın 22-də saat 11 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində qorunmayan keçiddə Zəyəm qəsəbə sakini Sənan Bayramov idarə etdiyi "VAZ-2109" markalı avtomobili elektrovoza vurub. Nəticədə sürücü S.Bayramov hadisə yerində ölüb.

Oxşar hadisə Xızı rayonu ərazisində də baş verib. Noyabrın 21-də saat 18 radələrində Xızı rayonunun Sitalçay kəndində qorunmayan keçiddə Sumqayıt şəhər sakini İxtiyar Hadıyev idarə etdiyi "Volkswagen" markalı avtomobili elektrovoza vurub. Nəticədə sürücü və 1 sərnişini xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti