...

Bakıda polisin avara və dilənçilərlə mübarizəsi davam edir

Hadisə Materials 24 Noyabr 2014 15:36 (UTC +04:00)
Paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 14 nəfər azyaşlı saxlanılıb.
Bakıda polisin avara və dilənçilərlə mübarizəsi davam edir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 14 nəfər azyaşlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan 14 nəfər azyaşlı saxlanılıb.

Onlardan 4 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib, digərləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılıblar.

Qeyd edək ki, bir qədər bundan əvvəl də paytaxt ərazisində avaralıq və dilənçiliklə məşğul olan 17 azyaşlı müəyyən olunmuşu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti