...

Bakıda "Vulkan" hotelində qadını boğaraq qətlə yetirmiş qohumu tutulub

Hadisə Materials 24 Noyabr 2014 15:41 (UTC +04:00)
Sumqayıt şəhər sakinini boğaraq hoteldə qətlə yetirmiş şəxs tutulub.
Bakıda "Vulkan" hotelində qadını boğaraq qətlə yetirmiş qohumu tutulub

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhər sakinini boğaraq hoteldə qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" hotelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti