...

Bakıda yaşayış evində yanğın olub, ölən var

Hadisə Materials 25 Noyabr 2014 09:36 (UTC +04:00)
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda yaşayış evində yanğın olub, ölən var

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Bu gün səhər Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzildə 1 ədəd divan 2 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Koleknikov Viktor Vladimiroviçin yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti