...

Çində kömür şaxtasında qəza nəticəsində 24 nəfər həlak olub

Dünya xəbərləri Materials 26 Noyabr 2014 07:02 (UTC +04:00)
Çinin şimal-şərq vilayəti Lyaoninin kömür mədənində qəza nəticəsində 24 nəfər ölüb.
Çində kömür şaxtasında qəza nəticəsində 24 nəfər həlak olub

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Çinin şimal-şərq vilayəti Lyaoninin kömür mədənində qəza nəticəsində 24 nəfər ölüb. Trend İnterfaks agentliyinə istinadən bu barədə "Fusin" dövlət korporasiyası məlumat verir.

Hadisə nəticəsində 54 nəfər yaralanıb. İlkin məlumatlara görə, çərşənbə gününə keçən gecə şaxtada kömür tozunun yanması baş verib. Faciə zamanı quyunun dibində 89 şaxtaçı olub. Səhərə yaxın xilasetmə işləri tamamilə başa çatıb, yaralılar xəstəxanalara çatdırılıb.

Rəsmi məlumatlara görə, ötən il Çin şaxtalarında 589 hadisə baş verib. Nəticədə mindən çox insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti