...

Bakı sakininin evindən 50 min manatlıq qızıl oğurlayıblar

Hadisə Materials 27 Noyabr 2014 10:44 (UTC +04:00)
Bakının Xətai rayon sakininin evindən külli miqdarda ziyan vurmaqla oğurluq edilib.
Bakı sakininin evindən 50 min manatlıq qızıl oğurlayıblar

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Xətai rayon sakininin evindən külli miqdarda ziyan vurmaqla oğurluq edilib.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayon sakini, Nazimov küçəsi, ev 109-da yaşayan 1966-cı il təvəllüdlü Şahvələd Mikayıl oğlu Hümbətov ərizə ilə 35-ci Polis Bölməsinə müraciət edib. O, ərizəsində bildirib ki, noyabrın 25-dən 26-na keçən gecə ikimərtəbəli evinin 2-ci mərtəbəsində mətbəxin pəncərəsinin açıq qalmasından istifadə edən naməlum şəxs və ya şəxslər evə daxil olaraq, 600 manat pul və 50 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla Cİnayət Məcəllləsinin 177.3.2-ci (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinyaət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti