...

Bakıda "BMW-X5”-in sürücüsünün yol polisinə zor tətbiq etməsi ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 27 Noyabr 2014 12:29 (UTC +04:00)
Bakıda yol polisinə zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bakıda "BMW-X5”-in sürücüsünün yol polisinə zor tətbiq etməsi ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yol polisinə zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bakı şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 24-də saat 11 radələrində paytaxtın Səbail rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Elnur Mahmudov həmin vaxt Mərkəzi Univermağın binasının qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla "dayanmaq və durmaq qadağandır" nişanının təsiri zonasında dayanmış "BMW-X5" markalı 10-FK-347 qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Valeh Tacəddin oğlundan avtomobili oradan götürməsini tələb edib. Lakin V.Kərimov polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ona zor tətbiq edib.

Fakta görə Səbael rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti