...

Lənkəranda narkotik vasitə qəbul edən qadınlardan heroin götürülüb

Hadisə Materials 27 Noyabr 2014 13:00 (UTC +04:00)
Lənkəranda daxili işlər orqanı əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb.
Lənkəranda narkotik vasitə qəbul edən qadınlardan heroin götürülüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Lənkəranda daxili işlər orqanı əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İbrahimovdan 0,7 qram heroin və 0,7 qram psixotrop maddə olan "Metalfetamin" götürülüb.

Onun kirayədə yaşadığı Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fazil Fətullayevə məxsus evə baxış zamanı 0,780 qram heroin, 5,5 qram tiryək, 30 ədəd şpris və narkotik vasitə istifadə etmək üçün vasitələr də aşkar edilərək götürülüb.

Evdə narkotik vasitə qəbul edən şəhər sakini Sevinc Dadaşovadan 0,6 qram, Bakı şəhər sakinləri Aybəniz Kərimovadan 0,110 qram, Günel Vəliyevadan 0,3 qram heroin götürülüb.

F.Fətullayev saxlanılıb və ondan 0,325 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti