...

Azərbaycanda narkotik vasitə satan İran vətəndaşı “iş başında” yaxalanıb

Hadisə Materials 27 Noyabr 2014 13:12 (UTC +04:00)
Azərbaycanda narkotik vasitənin satışı ilə məşğul olan İran vətəndaşı tutulub.
Azərbaycanda narkotik vasitə satan İran vətəndaşı “iş başında” yaxalanıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda narkotik vasitənin satışı ilə məşğul olan İran vətəndaşı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Noyabrın 25-də daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Famil Şiri İsəqəli oğlu 23 kiloqram 360 qram tiryəki satarkən tutulub.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti