...

DİN Bakıda intihara kütləvi cəhdlə bağlı məlumat yayıb

Hadisə Materials 11 Dekabr 2014 13:44 (UTC +04:00)
Bakıda əməkhaqlarının vaxtında verilməməsinə etiraz əlaməti olaraq dörd fəhlə binanın üstünə çıxaraq özlərini atmağa cəhd göstəriblər.
DİN Bakıda intihara kütləvi cəhdlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda əməkhaqlarının vaxtında verilməməsinə etiraz əlaməti olaraq dörd fəhlə binanın üstünə çıxaraq özlərini atmağa cəhd göstəriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 17:00 radələrində paytaxtın Azərbaycan prospektində yeni inşa edilən 16 mərtəbəli binada fəhlə işləyən Şəki rayon sakini Şamxal Bağırov, onun qardaşı Vüqar, Yevlax rayon sakini Ceyhun Məmmədov və onun qardaşı Sərxan əmək haqlarının vaxtında verilməməsinə etiraz əlaməti olaraq binanın üstünə çıxaraq özlərini atmağa cəhd göstəriblər. Cəhdin qarşısı Yasamal RPİ və FHN əməkdaşları tərəfindən alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti