...

Gəncədə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Hadisə Materials 18 Dekabr 2014 02:41 (UTC +04:00)
İki mersedes markalı minik avtomobilinin toquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb
Gəncədə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Trend-in Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, hadisə dekabrın 18 gecə saat 1 radələrində, Gəncənin Şah İsmayıl Xətai prospektində, Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib.

İki Mercedes markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə Gəncə şəhər TTYX-nın travmatalogiya şöbəsinə gətirilib.

Onlardan ikisinin vəziyyəti xüsusi ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti