Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Trend nazirliyin saytına istinadən xəbər verir ki, xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar.
Əməliyyat saat 22:28-də başa çatmışdır.