...

Gəncədə avtomobil aşıb

Hadisə Materials 18 Dekabr 2014 08:42 (UTC +04:00)
Bu gün səhər saatlarında Gəncə Şəmkir yolunun 1-ci km-də yol nəqliyyat hadisəsi baş verib
Gəncədə avtomobil aşıb

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bu gün səhər saatlarında Gəncə Şəmkir yolunun 1-ci km-də yol nəqliyyat hadisəsi baş verib.

Trend-in Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, 34 yaşlı şəhər sakini Səyavuş Hüseynov idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə Şəmkirdən Gəncə istiqamətinə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər 34 yaşlı Nailə Xəlilova və onun az yaşlı oğlu Fərid Hüseynov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Yaralılara ilk tibbi yardım göstərilib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti