...

Mingəçevir sakini səhvən həmyerlisini “ovlayıb”

Hadisə Materials 18 Dekabr 2014 12:41 (UTC +04:00)
Mingəçevir sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.
Mingəçevir sakini səhvən həmyerlisini “ovlayıb”

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İlkin İzzət/

Mingəçevir sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində Kür çayının sahilində ovla məşğul olan şəhər sakini Elçin Bayramov ov tüfəngi ilə ehtiyatsız hərəkət etdiyindən açılan atəş nəticəsində həmyerlisi Hümmət Maşıyev xəsarət alıb.

Güllə yarası alan H.Maşıyev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs saxlanılıb, ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti