...

Bakıda dəmiryol stansiyasında yanğın olub, iki maşinist zəhərlənib

Hadisə Materials 18 Dekabr 2014 12:49 (UTC +04:00)
Bakıda dəmiryol stansiyasında elektrovoz yanıb, xəsarət alanlar var.
Bakıda dəmiryol stansiyasında yanğın olub, iki maşinist zəhərlənib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda dəmiryol stansiyasında elektrovoz yanıb, xəsarət alanlar var.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsindəki dəmiryol stansiyasının ərazisində elektrovozun mühərrik hissəsində yanğın baş verib.

Nəticədə tüstüdən zəhərlənən maşinist İlqar Cavadov və Arif Mahmudov xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti