...

Azərbaycanda ova getmək təhlükəyə çevrilib: daha bir ölü

Hadisə Materials 18 Dekabr 2014 13:22 (UTC +04:00)
İmişli RPŞ əməkdaşları tərəfindən A.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Azərbaycanda ova getmək təhlükəyə çevrilib: daha bir ölü

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İlkin İzzət/

Dekabrın 17-də İmişli rayonunun Məmmədli kəndindəki Şərbət-Qobu gölünün yaxınlığında ovla məşğul olan Bakı şəhər sakini Akif Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş kənd sakini Hamlet Allahverdiyevə dəyib və o, hadisə yerində ölüb. Bu barədə Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verib.

İmişli RPŞ əməkdaşları tərəfindən A.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti