...

Gəncədə yol qəzası baş verib, yaralanan var

Hadisə Materials 18 Dekabr 2014 23:49 (UTC +04:00)
Gəncədə Heydər Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
Gəncədə yol qəzası baş verib, yaralanan var

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Gəncədə Heydər Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, 21 yaşlı Gəncə sakini Cavid Səfərov idarə etdiyi Hunday markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili Cavadxan küçəsində yolun kənarında olan çinar ağacına çırpıb.

Hadisə zamanı avtomobildə olan sərnişin Gəncə sakini 18 yaşlı İbrahim Ələkbərov baş nahiyəsindən yaralanıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti normal olduğundan ambulator müalicəyə buraxılıb.

Hadisəyə ilkin səbəb yüksək sürətin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti