...

Gəncədə baş verən avtoqəzada iki nəfər xəsarət alıb (FOTO)

Hadisə Materials 22 Dekabr 2014 01:18 (UTC +04:00)
Gəncədə baş verən avtoqəzada iki nəfər xəsarət alıb.
Gəncədə baş verən avtoqəzada iki nəfər xəsarət alıb (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Gəncədə baş verən avtoqəzada iki nəfər xəsarət alıb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə axşam saat 23:00 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini Elçin Heydərov idarə etdiyi "Mersedes" markalı avtomobillə, Heydər Əliyev prospekti ilə üzü dəmiryol vağzalı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan, İlkin Kərimovun idarə etdiyi VAZ 2106 -la toqquşub.

Zərbənin təsirindən avtomobillər yararsız hala düşüblər. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb.

Yaralılar dərhal Gəncə şəhər TTYX-ya çatdırılıblar. İlkin ehtimallara görə, qəzaya səbəb havanın dumanlı olması göstərilir.

Hadisəyə hüquqi qiymətin verilməsi aparılan araşdırmalardan sonra mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti