...

Bakıda hamamlar "ölüm kabusu"na çevrilir

Hadisə Materials 22 Dekabr 2014 11:02 (UTC +04:00)
Bakıda 38 və 24 yaşlı iki nəfər hamamda dəm qazından zəhərlənərək ölüb.
Bakıda hamamlar "ölüm kabusu"na çevrilir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 38 və 24 yaşlı iki nəfər hamamda dəm qazından zəhərlənərək ölüb.

Suraxanı Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 197 ünvanında kirayədə yaşayan 1976-cı il təvəllüdlü Hacızadə İlham Fazil oğlu dekabrın 21-də saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsində hamamda dəm qazından zəhərlənərək ölüb.

Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə isə, 1990-cı il təvəllüdlü Həsənov Amil Qazbek oğlu 22 dekabrda 02 radələrində yaşadığı evin həyətində yerləşən hamam oğtağında dəm qazından zəhərlənərək ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti