...

Bakıda "Range Rover" və VAZ toqquşub, iki nəfər ölüb

Hadisə Materials 22 Dekabr 2014 12:27 (UTC +04:00)
Bakıda "cip"lə toqquşan VAZ-ın sürücü və sərnişini həlak olub.
Bakıda "Range Rover" və VAZ toqquşub, iki nəfər ölüb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda "cip"lə toqquşan VAZ-ın sürücü və sərnişini həlak olub.

Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Qaradağ rayonunda, Bakı-Qazax yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində Lənkəran rayon sakini Zahid Əsgərovun idarə etdiyi "Range Rover" markalı və Bakı şəhər sakini Ziyad Allahverdiyevin idarə etdiyi "VAZ-2103" markalı avtomobillər toqquşub.

Nəticədə Ziyad Allahverdiyev və sərnişini Elnur Süleymanov hadisə yerində ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti