...

Şirvanda qızıl əşyalar oğurlayan salyanlı qadın tutulub

Hadisə Materials 22 Dekabr 2014 14:43 (UTC +04:00)
Salyanlı qadın Şirvan şəhərində mağazadan oğurluq edib.
Şirvanda qızıl əşyalar oğurlayan salyanlı qadın tutulub

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Salyanlı qadın Şirvan şəhərində mağazadan oğurluq edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Mətanət Mehdiyeva tutulub.

M.Mehdiyeva dekabrın 19-da Şirvan şəhərində Şahin Hüseynova məxsus mağazadan 1400 manat dəyərində qızıl əşyalar oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti