...

Bakının Sabunçu rayonunda ev yanıb

Hadisə Materials 23 Dekabr 2014 00:51 (UTC +04:00)
Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Bakının Sabunçu rayonunda ev yanıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavan 10 kv.m sahədə ərimişdir.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti