...

Türkiyə sahillərində saya oturan Ukrayna gəmisində azərbaycanlılar da var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Yanvar 2015 15:16 (UTC +04:00)
Ukrayna bayrağı altında üzən "Gulf Rio" gəmisi Türkiyənin Samsun şəhəri yaxınlığında, Qara dəniz sahillərində saya oturub.
Türkiyə sahillərində saya oturan Ukrayna gəmisində azərbaycanlılar da var (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:22-də yayılıb)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Ukrayna bayrağı altında üzən "Gulf Rio" gəmisi Türkiyənin Samsun şəhəri yaxınlığında, Qara dəniz sahillərində saya oturub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Gəmi fırtınaya düşdükdən sonra saya oturub və su ilə dolmağa başlayıb. Hazırda gəminin sahilə çatdırılması üçün cəhdlər göstərilir.

Artıq "Gulf Rio"nun 10 nəfərlik ekipajı təxliyə edilib. Onlar arasında ukraynalılar, azərbaycanlılar və gürcüstanlılar da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti