...

Bakıda lavaş bişirmə sexində yanğın baş verib

Hadisə Materials 7 Yanvar 2015 22:55 (UTC +04:00)
Bakıda lavaş bişirmə sexində yanğın baş verib
Bakıda lavaş bişirmə sexində yanğın baş verib

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Bakıda lavaş bişirmə sexində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus "XIRMAN" MMC-nin ümumi sahəsi 170 kv.m olan ərazisində lavaş bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır.

Sexin içərisində olan avadanlıqlar, bitişik tikililər və sexin yaxınlığında olan 10 ton yanacaqla dolu çən yanğından mühafizə olunmuşdur.

Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti