...

Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb

Hadisə Materials 12 Yanvar 2015 09:30 (UTC +04:00)
Yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) “Mercedes” markalı minik avtomobili suya düşmüşdür.
Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) "Mercedes" markalı minik avtomobili suya düşmüşdür.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb. Yanvarın 11-də 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 6 km aralıda) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti