...

Məhkum övlada gətirilən "Ana-bala"nın içindən telefonlar çıxdı (FOTO)

Hadisə Materials 16 Yanvar 2015 17:31 (UTC +04:00)
Bakıda 5 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Məhkum övlada gətirilən "Ana-bala"nın içindən telefonlar çıxdı (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 5 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş anası - Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Ana-bala" adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd "Nokia" markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, C.Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti