...

Göyçayda saxta şəxsiyyət vəsiqəsi və pasport hazırlanırmış

Hadisə Materials 17 Yanvar 2015 14:31 (UTC +04:00)
Göyçay rayon xüsusi notariusundan avtomobilə etibarnamə alarkən saxta sənəd təqdim etmiş üç şəxs saxlanılıb.
Göyçayda saxta şəxsiyyət vəsiqəsi və pasport hazırlanırmış

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Göyçay rayon xüsusi notariusundan avtomobilə etibarnamə alarkən saxta sənəd təqdim etmiş üç şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Yevlax şəhər sakinləri Orxan Həsənov, Kamal Kamalzadə və Şəki şəhər sakini Aydın Qaragözov Göyçay rayon xüsusi notariusundan Röyal Nəbiyevin adına olan "Nissan" markalı avtomobilə etibarnamə alarkən R.Nəbiyevin adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olması müəyyən edilib.

Bununla əlaqədar hər üç şəxs Göyçay RPŞ-yə gətirilib. Üzərilərinə baxış zamanı onlardan İlham Rəhimovun adına verilmiş saxta ümumvətəndaş pasportu, İsmayıl Cəfərovun, Elşad Əhmədovun, Məqsəd Cəfərovun adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin saxta sənədləri Yevlax şəhərində yeni yaşayış sahəsindəki evlərdən birində yaşayan İzzət Musayevdən almaları müəyyən edilib.

İ.Musayevin evinə baxış zamanı 1 ədəd surətçıxarma aparatı, Gülnaz Bayramovanın və Təranə İsmayılovanın adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri və 24 ədəd kağız aşkar edilərək götürülüb.

Hazırda İ.Musayevin tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti