...

Son iki saatda Azərbaycanda ikinci zəlzələ (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Yanvar 2015 10:23 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda zəlzələ baş verib.
Son iki saatda Azərbaycanda ikinci zəlzələ (ƏLAVƏ OLUNUB)

İlk xəbər 8:35-də yayılıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Quba rayonunda zəlzələ baş verib.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu səhər yerli vaxtla saat 07:30-də Qubadan 27 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 5, dərinliyi 9 km olan zəlzələ episentirdə 5 bal, yaxın yaşayış mantəqələrində 4-3 bala qədər hiss olunub.

XXX

Azərbaycanın Şabran rayonu ərazisində də zəlzələ baş verıb.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, ilkin məlumatlara əsasən, zəlzələ saat 09:36:37-də Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3,5 olan zəlzələ hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti