...

Bakıda kişinin həyat yoldaşının boğazını kəsməsi ilə bağlı hadisəyə aydınlıq gətirildi

Hadisə Materials 26 Yanvar 2015 19:11 (UTC +04:00)
Bakıda kişinin həyat yoldaşını qətlə yetirməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bakıda kişinin həyat yoldaşının boğazını kəsməsi ilə bağlı hadisəyə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda kişinin həyat yoldaşını qətlə yetirməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumatda deyilir ki, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı - 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti