...

Bakı sakini tüfəngin lüləsi və qundağını niyə kəsib?

Hadisə Materials 27 Yanvar 2015 15:29 (UTC +04:00)
Bakı şəhər sakinindən lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Bakı sakini tüfəngin lüləsi və qundağını niyə kəsib?

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakinindən lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 13-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Turxan Əliyevdən lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

Onun tüfəngin lüləsi və qundağı hansı məqsədlə kəsməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti