...

Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb

Hadisə Materials 27 Yanvar 2015 18:11 (UTC +04:00)
Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb.
Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Mingəçevir şəhərində, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər dörtmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilinə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti